Siyasət

İran Fransanı daxili işlərə müdaxilədə ittiham edib

27 İyul 2026, 17:188
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib ki, Fransanın Tehrandakı səfiri dünən nazirliyə çağırılıb.

Zefer.media xəbər verir ki, Bəqayinin sözlərinə görə, Fransa səfirliyi “vətəndaş cəmiyyəti ilə əlaqə” bəhanəsi altında İranın daxili işlərinə müdaxilə edir və Paris bu addımlarına görə üzr istəməlidir.

Qeyd edək ki, ötən həftə Fransanın xarici işlər naziri Jan-Noel Barro İran təhlükəsizlik qüvvələrini Tehrandakı Fransa səfirliyinin iki əməkdaşının diplomatik toxunulmazlığını pozmaqda ittiham etmişdi. O bildirmişdi ki, həmin əməkdaşlar bir neçə saat saxlanılıb, dindirilib və onlardan biri fiziki zorakılığa məruz qalıb. Bundan sonra Fransa Xarici İşlər Nazirliyi İranın müvəqqəti işlər vəkilini nazirliyə çağırmışdı.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600