• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
14° Weather Columbus
$
1.7
€
1.9
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

ABŞ və onun müttəfiqlərinin İrana qarşı hətta quru qoşunları yeridə bilər - AÇIQLAMA 

24 İyul, 26 / 14:28
A A

İran ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuperin bəyanatına münasibət bildirərək, Amerikanın İrana qarşı hərbi əməliyyatlarına dəstək verdiyi iddia olunan ölkələrin ərazilərindəki ABŞ hərbi bazalarını hədəfə almaq hüququna malik olduğunu açıqlayıb.

Mövzu ilə bağlı Zefer.media-ya açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, İran və ABŞ arasında davam edən gərginliyin diplomatik yollarla nizama salınmasına ümidlər azalır:

“Böyük ehtimalla həlledici mərhələ müharibə olacaq. Çünki tərəflər razılığa gələ bilmir. İran Körfəz ölkələrini vurur. Bu da İrana hərbi müdaxiləyə əsas yaratmaq üçün şərait yaradır. İranın hazırkı vəziyyəti vaxtilə İraqın vəziyyətinə bənzəyir. İlk olaraq İraqı Küveyti işğal etməyə təhrik etdilər, sonrakı illərdə nüvə məsələsini ortaya qoydular, terrora dəstək verməkdə ittiham etdilər, daha sonra isə işğal edib böldülər. Hazırda İrana qarşı da oxşar ssenarinin hazırlandığı görünür. ABŞ daxilində müəyyən tərəddüdlər də var. Ərəb ölkələrini İrana qarşı daha sərt mövqe tutmağa məcbur etmək üçün hələ ki, İranın hücumlarına zəmin yaradılır. İranın ərəb ölkələrini təhdid etməsi qarşılığında onların ciddi müqavimət göstərə bilməyəcəyi düşünülür. İranın ABŞ hərbi bazalarını hədəfə alması isə ABŞ və onun müttəfiqlərinin daha ciddi tədbirlər görməsinə səbəb olacaq. Əslində, İranın bu cür bəyanatları və hücumları ABŞ və müttəfiqlərinin hərbi müdaxiləsini qanuniləşdirən amillərdir. Eyni zamanda dünyada İrana qarşı hücumların tənqid olunması prosesinə qarşı sanki psixoloji müqavimət yaradılır. Artıq İrana edilən hücumlar deyil, İranın həyata keçirdiyi hücumlar müzakirə olunur. Görünür ki, ab-hava İranın ziyanına dəyişir”.

Müsahibin sözlərinə görə, Türkiyə və Pakistanın etirazı hələlik həlledici müharibənin qarşısını alsa da, hərbi qarşıdurma ehtimalı yüksək olaraq qalır:

“Türkiyə və Pakistanın ciddi etirazı səbəb olur ki, ABŞ və İsrail İrana qarşı həlledici müharibəyə başlamasın. Bununla belə, son anda bu ölkələrlə də razılığın əldə olunması mümkündür. Çünki Türkiyə əsasən İsraillə mövcud problemlərə görə, eyni zamanda Yaxın Şərqdə hadisələrin daha da dərinləşməsinin onun üçün ciddi problemlər yaradacağını düşündüyündən bu müdaxiləyə qarşı çıxır. Əks halda, İranın bütün bəşəriyyət üçün təhlükə olduğu fikri geniş şəkildə səsləndirilir. Ümumilikdə, ABŞ ilə İran arasında yaranmış vəziyyət müharibə ehtimalını artırır. Əsas gözlənti ondan ibarətdir ki, İran Körfəz ölkələrində yerləşən ABŞ bazalarına hücum edərkən həmin ölkələrin əhalisinə və mülki infrastrukturuna da zərbələr endirə bilər. Əgər bu, qəsdən və ya bilməyərəkdən baş verərsə, bu, ABŞ və onun müttəfiqlərinin İrana qarşı hətta quru qoşunları yeritməsinə belə səbəb ola bilər”.

Qəmər Kazımzadə

Bənzər Xəbərlər

Gündəm

Crossmedia platformasının fəaliyyətə başlamasından 2 il ötür

Noyabr 1, 2026
Gündəm

Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək – Tarix açıqlandı

Oktyabr 30, 2026
Gündəm

Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

Oktyabr 30, 2026
Gündəm

Bu gün Türkiyənin Cümhuriyyət günüdür

Oktyabr 29, 2026
Gündəm

Prezident TDT-nin Zirvə görüşü üçün Türkiyəyə getməyəcək

Oktyabr 29, 2026
Gündəm

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Oktyabr 29, 2026

XƏBƏR LENTİ

Crossmedia platformasının fəaliyyətə başlamasından 2 il ötür

01 Noyabr, 26 / 15:33

MDB PA DİMBİ Bakı filialı ilə “Gənclərin Töhfəsi” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

31 Oktyabr, 26 / 9:23

Milli Məclis ombudsmanın seçilməsi haqqında qərar qəbul edəcək – Tarix açıqlandı

30 Oktyabr, 26 / 18:01

Əsrin kriptovalyuta oğurluğunun Şimali Koreya hakerləri tərəfindən törədildiyi ehtimal olunur

30 Oktyabr, 26 / 17:56

Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı

30 Oktyabr, 26 / 17:34

Naxçıvanda 9 yaşlı uşağı maşın vurdu

30 Oktyabr, 26 / 17:27

Novokuybışevsk neft emalı zavodunun ətrafında baş verənlər diqqət çəkib

30 Oktyabr, 26 / 17:19

Pentaqon bəzi NATO ölkələrini Rusiyadan gələn təhlükə ilə bağlı açıqlamalarını yumşaltmağa çağırıb

30 Oktyabr, 26 / 17:12

Azərbaycanlı biznesmen Türkiyədən nəhəng buğa heykəli aldı

30 Oktyabr, 26 / 17:09

Ukrayna Trampın təzyiqindən sonra Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırıb

30 Oktyabr, 26 / 17:03

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.