Çexiya Prezidenti Petr Pavel Rusiyanın Ukraynada uğur əldə etmədiyini bildirib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Pavel Rusiya təbliğatının bunun əksini iddia etməsinə baxmayaraq, Moskvanın ağır itkilər verdiyini qeyd edib.
“Rusiya ələ keçirdiyi hər kvadratkilometr ərazi üçün 1000-dən çox insan itirir, itkilərin tempi isə orduya yeni şəxslərin cəlb olunması tempini üstələyir. Son bir ildə Rusiya Ukrayna ərazisinin 0,4 faizindən də az hissəsini ələ keçirib. Bu, uğur deyil”, – deyə Petr Pavel bildirib.
Aytən Yalçınqızı

















