Dünya

“Bölgədə kollektiv təhlükəsizlik üçün bütün ölkələrlə dialoqa hazırıq”

23 İyun 2026, 16:511
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bölgədə kollektiv təhlükəsizliyin möhkəmləndirilməsi və təmin olunması məqsədilə bütün ölkələrlə dialoqa hazır olduqlarını bəyan edib.

Zefer.media xəbər verir ki, Bəqayi mətbuat konfransında bildirib:

“İran hər zaman region ölkələrinin təhlükəsizliyinin məhz regional əməkdaşlıq yolu ilə təmin edilməsinin tərəfdarı olub”.

Onun sözlərinə görə, region ölkələri daimi qonşular kimi qarşılıqlı etimad və anlaşmaya əsaslanan təhlükəsizlik mexanizmləri formalaşdırmalıdırlar.

İran rəsmisi qeyd edib ki, Tehran bu prinsipə sadiqdir və daha əvvəl də region dövlətləri arasında təhlükəsizlik məsələləri üzrə geniş dialoqun aparılmasını təklif edib.

Bəqayi vurğulayıb ki, İran xarici hərbi qüvvələrin iştirakı olmadan bölgədə kollektiv təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş istənilən təşəbbüsü dəstəkləyir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600