Dünya

BƏƏ rəsmisi bölgədə yeni qarşıdurma risklərinə diqqət çəkib

25 İyun 2026, 15:061
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş Fars körfəzi bölgəsində yeni geosiyasi reallıqların güc yolu ilə qəbul etdirilməsinin sabitliyə xidmət etməyəcəyini bildirib.

Zefer.media xəbər verir ki, bu barədə Qarqaş “X” hesabında qeyd edib.

İranla bağlı danışıqlar fonunda Fars körfəzinin ərəb ölkələrinə qarşı qəfil təcavüz nəticəsində formalaşan yeni geosiyasi vəziyyətin region dövlətlərinə qəbul etdirilməsi mümkün deyil.

O vurğulayıb ki, təcavüz nəticəsində yaranan yeni status-kvonun tətbiqi sabitlik yaratmır, əksinə gələcəkdə yeni fikir ayrılıqları və münaqişələr üçün zəmin formalaşdırır.

BƏƏ rəsmisi əlavə edib ki, bu yanaşma xüsusilə Hörmüz boğazı ilə bağlı məsələlərdə daha böyük əhəmiyyət daşıyır.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600