• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9317
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçirilib

23 May, 26 / 16:00
A A

Bakıda Özbəkistan Universitetlərinin III Təhsil Sərgisi keçirilib . Tədbir “İngla İnternational ETC”, Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı səfirliyi ilə birgə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə təşkil olunub.

Zefer.media xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Anar İsgəndərov bildirib ki, Özbəkistan və Azərbaycan dost-qardaş dövlətlərdir: “Amma uzun illər həm Çar Rusiyası dövründə, həm də Sovet dönəmində bu əlaqələrin inkişafına süni əngəllər var idi. Hər iki dövlət öz müstəqilliyini əldə etdikdən sonra bu münasibətlər sürətlə inkişaf edir. Bu münasibətlərin inkişafında Azərbaycan və Özbəkistan  əhalisinin, o cümlədən jurnalistlərin də böyük xidməti var”.

Milli Məclisin deputatı Ceyhun Məmmədov tədbiri bayram kimi səciyyələndirib: “Bu gün həm də bayramdır. Türk dünyası arasında əlaqələr yüksək səviyyədədir. Bu əlaqələr son illər daha da inkişaf edib. Ümumiyyətlə, Azərbaycanla Orta Asiya və Türk dövlətləri arasında əlaqələr yeni mərhələyə daxil olub. Bu, təhsil sahəsində əlaqələrdə də özünü göstərir.  Odur ki, İngla Scoolun təşkilatçılığı ilə keçirilən sərgilərin davamlı olmasını arzu edirik. Hər birimiz bu prosesə töhfə verməliyik”.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının Baş katibi, Milli Məclisin deputatı Azər Allahverənov xatırladıb ki, bizim ailəmiz Türk dünyasıdır: “Bunu gündəlik fəaliyyətimizlə də təsdiq edirik. Humanitar sahədə əməkdaşlıq davam edir. Ümid edirəm ki, bu sərgi əlaqələrin daha inkişafına təkan verəcək”.

Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, Özbəkistan Azərbaycan təhsil müəssisələrinə xüsusi maraq göstərir:

“Tələbə mübadilələri, qarşılıqlı layihələr də bunu təsdiq edir. Düşünürəm ki, əlaqələrimiz daha da inkişaf edəcək”.

İngla İnternational ETC-nin direktoru Aytən Məmmədli bu sərgilərin təhsil sahəsində ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyini və artıq ənənə halını aldığını diqqətə çatdırıb.

Sərgidə Özbəkistanın 20-yə yaxın dövlət və özəl universitetinin, ümumilikdə 50-ə yaxın rəsmi nümayəndə iştirak edib.

Qeyd edək ki, Özbəkistan Universitetlərinin I Təhsil Sərgisi Bakıda ötən il təşkil olunmuşdu. II sərgi isə bu ilin yanvar ayında keçirilib.

Bənzər Xəbərlər

Gündəm

“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib

İyun 24, 2026
Manşet

Ceyhun Bayramov Polşaya getdi

İyun 24, 2026
Manşet

İlham Əliyev İran parlamentinin sədrini qəbul edib

İyun 24, 2026
Manşet

İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

İyun 24, 2026
Hərbi

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 İyun – Silahlı Qüvvələr Günü keçirilib

İyun 24, 2026
Gündəm

“Qlobal çağırışlar qarşısında İslam dünyasının həmrəyliyi zəruridir” – Millət vəkili

İyun 24, 2026

XƏBƏR LENTİ

“ASAN AI Hub” növbəti çağırış üzrə qalib həll müəyyən edib

24 İyun, 26 / 18:45

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Özbəkistanda III Beynəlxalq Məqam Forumunun açılışında iştirak edib

24 İyun, 26 / 18:26

İsrail səfiri: “İranla müharibə bizi Körfəz ölkələrinə daha da yaxınlaşdırdı”

24 İyun, 26 / 17:41

Ceyhun Bayramov Polşaya getdi

24 İyun, 26 / 17:34

Mark Rutte Donald Tramp ilə görüşündə gərginliyi azaltmağa çalışacaq

24 İyun, 26 / 17:28

“İranın yenidənqurma fondu üçün təklif olunan 300 milyard dollarlıq fond arzuolunandır”

24 İyun, 26 / 17:26

Qətər ABŞ və İran arasında birbaşa əlaqə yaradılmasını təklif edib

24 İyun, 26 / 17:11

İlham Əliyev İran parlamentinin sədrini qəbul edib

24 İyun, 26 / 17:07

Hindistanın baş naziri Xameneyinin dəfninə dəvət edilib

24 İyun, 26 / 16:02

Ukrayna Orenburqda qaz emalı müəssisəsinə dron zərbəsi endirdi

24 İyun, 26 / 15:59

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.