• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
12.2° Weather Ashburn
$
1.7
€
1.909
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Azərbaycanlılara görə divarları yazanlar həbs olunub

23 Sentyabr, 26 / 14:06
A A

Rusiyanın Sverdlovsk Vilayət Məhkəməsi sentyabrın 17-də Danil Nuriyev barəsində çıxarılan hökmü sərtləşdirib. Terrorçu və ekstremistlər siyahısına daxil edilən Nuriyev əvvəllər üç il məcburi əməyə məhkum edilmişdisə, yeni qərarla ona ümumi rejimli müəssisədə 2 il 10 ay həbs cəzası verilib.

Zefer.media Lent.az-a istinadla xəbər verir ki, dövlət ittihamçısı Yekaterinburqun Kirov Rayon Məhkəməsinin əvvəlki hökmündən protest verib.

Xatırladaq ki, iyunun 25-də məhkəmə Nuriyevə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edib. O, ekstremist fəaliyyətə açıq çağırış, vandalizm və xuliqanlıq maddələri üzrə təqsirli bilinib. Cəza müəyyən edilərkən onun daha əvvəl Ufada oğurluq işi üzrə aldığı hökm də nəzərə alınıb. Yeni qərarda cinayətin milli nifrət və ya düşmənçilik motivi ilə törədilməsi ağırlaşdırıcı hal kimi çıxarılıb.

İttiham tərəfinin versiyasına görə, 1 iyul 2025-ci ildə Teleqram kanallarından birinin sahibi Danil Nuriyevlə əlaqə saxlayaraq ona pul müqabilində Yekaterinburqdakı binaların divarlarına Azərbaycan dilində qraffiti yazmağı təklif edib.

Nuriyev təkliflə razılaşıb və ertəsi gün şəhərdə təxminən 10 belə qraffiti çəkib. İstintaqın versiyasına görə, onun tanışı isə həmin vaxt ətrafı müşahidə edib. Lakin yazılarda səhvə yol verildiyi üçün ifadənin nəzərdə tutulan mənası itib.

Polis qısa müddətdə qraffitilərin müəllifini müəyyən edib. Daha sonra Danil Nuriyev təqsirini tam etiraf edib və iş üzrə digər şəxslərlə bağlı ifadə verib.

Qraffitilər Yekaterinburqda azərbaycanlıların kütləvi şəkildə saxlanılmasından sonra çəkilib. Həmin əməliyyatlar zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları ölüblər.

Martın əvvəlində saxlanılan şəxslərdən bir qismi, o cümlədən Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski 2001 və 2010-cu illərdə törədilmiş qətl və qətlə cəhd işləri üzrə uzunmüddətli həbs cəzalarına məhkum edilib.

Bənzər Xəbərlər

Dünya

Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər

Oktyabr 7, 2026
Dünya

Qazaxıstan Rusiyadakı vətəndaşlarını geri qaytarmaq istəyir

Oktyabr 7, 2026
Dünya

Cənubi Koreya Ukraynanın üzrxahlığını yetərli hesab etməyib

Oktyabr 6, 2026
Dünya

HƏMAS seçkilər ərəfəsində İsrailə hücum edə bilər - Netanyahu

Oktyabr 6, 2026
Dünya

Türkiyə Ukraynaya Korkut zenit kompleksləri verib

Oktyabr 6, 2026
Dünya

Rusiya Kiyev və Zaporojyeyə zərbələr endirib

Oktyabr 6, 2026

XƏBƏR LENTİ

Füzuli yenidən qurulur: Böyük Qayıdışın və yeni inkişaf dövrünün ünvanı

17 Oktyabr, 26 / 10:33

Asiya qitəsində sabitlik və təhlükəsizlik qlobal təhlükəsizliyin tərkib hissəsidir

17 Oktyabr, 26 / 10:20

Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər

16 Oktyabr, 26 / 21:50

Türkiyə iqtisadiyyatının 2026-cı ildə 3,3 faiz böyüməsi gözlənilir

16 Oktyabr, 26 / 21:50

Seymur Nəcəfova yüksək vəzifə verildi

16 Oktyabr, 26 / 21:47

Zelenski Trampın onu “günah keçisi” etməsi ilə bağlı suala gülümsəyərək cavab verib

16 Oktyabr, 26 / 21:45

Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır

16 Oktyabr, 26 / 21:44

Zelenski ABŞ-dən enerji atəşkəsi müqabilində nə istədiyini açıqlayıb

16 Oktyabr, 26 / 21:41

Türkiyə 9 ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd edib

16 Oktyabr, 26 / 21:38

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr, 26 / 21:38

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.