İdman

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə mübarizə aparacaqlar

22 Oktyabr 2026, 14:312
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Oktyabrın 23-də Latviyanın paytaxtı Riqa şəhərində stolüstü tennis üzrə “Riga City Youth Cup 2026” turniri start götürəcək.

 

Azərbaycan Stolüstü Tennis Federasiyasından Zefer.media-ya bildirilib ki, ənənəvi yarışda 9 idmançımız çıxış edəcək. Oğlanların yarışında Elşən Hüseynov, Uğur Nəzərli, Tunar Bağırov, Ruslan Kərimov, qızların mübarizəsində isə Nigar Mahmudova, Yağmur Məmmədli, Arzu Aslanova, Xədicə Babazadə və Şəbnəm Mansurova bacarıqlarını göstərəcəklər.

 

Qeyd edək ki, beynəlxalq yarışa oktyabrın 25-də yekun vurulacaq.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600