İdman

“Neftçi”nin bombardiri üçün Avropa klubları transfer yarışındadır

22 Oktyabr 2026, 11:311
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Neftçi”nin braziliyalı futbolçusu Breno Almeydanın mümkün transferi ilə bağlı xəbərlər yayılmaqda davam edir.

Zefer.media Yunanıstanın “Novasports” nəşrinə istinadən xəbər verir ki, PAOK və Kiprin “Pafos” klublarının 28 yaşlı vingerə marağı böyükdür.

Məlumata görə, hər iki komanda qış transfer pəncərəsində futbolçunun keçidini nəzərdən keçirəcək. Yay transfer pəncərəsi dövründə “ağ-qaralar” PAOK klubunun bir milyon avroluq təklifini geri çevirmişdilər.

Qeyd edək ki, braziliyalı futbolçu 2026-cı ilin fevralında “Neftçi”yə keçib. Onun Bakı klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Almeyda cari mövsümdə yeddi qolla Misli Premyer Liqasının bombardiridir.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600