• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.9° Weather Ashburn
$
1.7
€
1.9765
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Azərbaycanın turizm potensialı Malayziyada keçirilən iki beynəlxalq tədbirdə təqdim edilib

24 Avqust, 26 / 19:35
A A

Azərbaycan Turizm Bürosu (ATB) və turizm sənayesinin 4 yerli tərəfdaşı Malayziyanın Saravak ştatının Kuçinq şəhərində keçirilən “PATA Travel Mart (PTM) 2026” beynəlxalq turizm sərgisində ölkəmizi təmsil edib.

Dövlət Turizm Agentliyindən Zefer.media – ya verilən məlumata görə, Asiya-Sakit Okeanı regionunun aparıcı turizm tədbirlərindən biri olan sərgidə Azərbaycan milli stendlə təmsil olunub. Tədbir çərçivəsində ölkəmizin turizm imkanları və məhsulları xarici bazarların nümayəndələrinə təqdim edilib, potensial tərəfdaşlarla işgüzar görüşlər keçirilib.

“PATA Travel Mart 2026” istirahət, lüks və işgüzar tədbirlər (MICE) sahəsində fəaliyyət göstərən şirkətləri bir araya gətirib. Avropa, MDB, Cənubi və Cənub-Şərqi Asiya, Yaxın Şərq, Şərqi Asiya, Afrika və Sakit okean regionlarından olan iştirakçılar arasında turizm agentlikləri, turoperatorlar və digər sektor nümayəndələri yer alıb.

Sərgi çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın turizm məhsullarının müxtəlif bazarlarda tanıdılması, yeni əməkdaşlıq əlaqələrinin qurulması və mövcud işgüzar əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Həmçinin ATB yerli tərəfdaşlarla birgə Malayziyanın Kuala Lumpur şəhərində keçirilən “World Islamic Tourism & Trade Expo (WITEX 2026)” tədbirində iştirak edib

Malayziya Turizm Agentlikləri Assosiasiyası (MATA) tərəfindən təşkil olunan “WITEX 2026” tədbirində hökumət nümayəndələri, turizm sektorunun aparıcı şirkətləri və beynəlxalq bazar iştirakçıları bir araya gəlib. Tədbir çərçivəsində islam iqtisadiyyatı çərçivəsində turizm sahəsində əməkdaşlıq imkanları, turizm üçün nəzərdə tutulan proqram təminatı məhsullarının inkişafı istiqamətində yeniliklər, eləcə də yerli və beynəlxalq təchizatçılarla əlaqələrin qurulması məsələləri diqqət mərkəzində olub.

Tədbirdə, həmçinin halal turizmin inkişafı ilə bağlı məsələlər müzakirə olunub, müxtəlif istiqamətlərdən turizm şirkətləri və destinasiyalar tərəfindən təqdim olunan halal səyahət təcrübələri, məhsul və xidmətlər nümayiş etdirilib.

Bənzər Xəbərlər

Gündəm

Mingəçevirdə veteranların böyük görüşü baş tutdu

Sentyabr 6, 2026
Gündəm

“Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil”

Sentyabr 6, 2026
Gündəm

“Yeni Çağ” 19 yaşını qeyd edir

Sentyabr 5, 2026
Gündəm

Odessa vilayətində TCK əməkdaşının iki yaşlı uşağı vuraraq hadisə yerindən qaçdığı bildirilir

Sentyabr 4, 2026
Gündəm

Bakıda IRONMAN yarışı ilə əlaqədar bəzi yollar bağlanacaq

Sentyabr 4, 2026
Gündəm

Azərbaycanlı tanınmış iş adamına cinayət işi açıldı

Sentyabr 4, 2026

XƏBƏR LENTİ

Mingəçevirdə veteranların böyük görüşü baş tutdu

06 Sentyabr, 26 / 12:59

“Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil”

06 Sentyabr, 26 / 12:45

Cavanşir Feyziyev: Şvabe və onun tərəfdarları Azərbaycana təzyiq cəhdləri  ilə özlərini ifşa edir

06 Sentyabr, 26 / 11:20

“Yeni Çağ” 19 yaşını qeyd edir

05 Sentyabr, 26 / 15:30

Turan Qastro Turizm Təhsil Mərkəzinin ilk məzunlarına CTH beynəlxalq diplomları təqdim olunub – FOTOLAR

05 Sentyabr, 26 / 15:25

Odessa vilayətində TCK əməkdaşının iki yaşlı uşağı vuraraq hadisə yerindən qaçdığı bildirilir

04 Sentyabr, 26 / 17:33

Milei Folklend adaları yaxınlığında neft hasil edən şirkətlərə qarşı sanksiyaları sərtləşdirəcək

04 Sentyabr, 26 / 17:21

Azeri Light neftinin qiyməti 105 dollara yaxınlaşıb

04 Sentyabr, 26 / 16:11

“Qərb silah istehsalı müəssisəsi Rusiyanın hədəfinə çevriləcək”

04 Sentyabr, 26 / 15:06

Payız fəsli Azərbaycana nə vaxt daxil olur?

04 Sentyabr, 26 / 14:49

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.