• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
16.9° Weather Columbus
$
1.7
€
1.9507
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

Azərbaycan və Latviya arasında münasibətlər çox möhkəm çərçivəyə əsaslanır

23 Aprel, 26 / 18:06
A A

Son illər Azərbaycan ilə Avropa ölkələri arasında münasibətlər yalnız siyasi dialoq müstəvisində deyil, həm də iqtisadi əməkdaşlıq sahəsində sürətlə inkişaf edir. 22 aprel 2026-cı il tarixində Azərbaycanda səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri də iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçdiyini göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilir. 

Görüş çərçivəsində iki ölkə başçıları arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib, iki ölkə rəhbərləri tərəfindən “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı” qəbul edilib və Azərbaycan və Latviya araında bir sıra mühüm sənədlər mübadilə edilib. Bu baxımdan Latviya prezidentinin səfəri iqtisadi əlaqələrin genişləndirilməsi, yeni investisiya imkanlarının araşdırılması və qarşılıqlı ticarət dövriyyəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda, səfərin iqtisadi tərəfləri də diqqət çəkir. Enerji, nəqliyyat-logistika və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsi gündəlikdə əsas mövzulardan biridir. Xüsusilə, Azərbaycanın Avropa enerji təhlükəsizliyində artan rolu Latviyanın da maraq dairəsindədir. Bununla yanaşı, humanitar və mədəni əlaqələrin inkişafı da müzakirə olunan istiqamətlər sırasındadır. Təhsil, turizm və mədəniyyət sahəsində qarşılıqlı layihələrin həyata keçirilməsi xalqlar arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verə bilər.

Səfər çərçivəsində xüsusilə logistika və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Latviya limanlarının imkanları ilə Azərbaycanın tranzit potensialının uzlaşdırılması yeni iqtisadi sinerji yarada və regionlararası ticarətin həcmini artırmağa xidmət edə bilər.

Qarşılıqlı investisiya mühitinin yaxşılaşdırılması, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi və birgə müəssisələrin yaradılması istiqamətində atılacaq addımlar iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə səbəb olacaq. Latviya şirkətlərinin Azərbaycanın sənaye parklarında və azad iqtisadi zonalarında fəaliyyəti üçün geniş imkanlar mövcuddur. Eyni zamanda, Azərbaycan sərmayədarları üçün də Latviyada müxtəlif sahələrdə investisiya yatırımı baxımından əlverişli şərait mövcuddur.

Rəqəmsal iqtisadiyyat və innovasiya sahəsində əməkdaşlıq da xüsusi önəm kəsb edir. Avropa ölkələrinin qabaqcıl təcrübəsinin Azərbaycanda tətbiqi, startap ekosisteminin inkişafı və yüksək texnologiyalar sahəsində birgə layihələrin həyata keçirilməsi iqtisadi artıma əlavə təkan verə bilər. Bu, həm də yeni iş yerlərinin yaradılması və insan kapitalının inkişafı baxımından əhəmiyyətlidir.

Kənd təsərrüfatı, turizm və xidmət sektorlarında da əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur. Azərbaycanın aqrar sektorunun modernləşdirilməsi, məhsulların Avropa bazarlarına çıxış imkanlarının artırılması və turizm sahəsində qarşılıqlı turist axınının təşviqi iqtisadi münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.

Bir sözlə qeyd etmək istəyirəm ki, Latviya Prezidentinin ölkəmizə səfəri strateji dostluq əlaqələrinin sarsılmazlığını daha da möhkəmləndirib. Hazırda iki ölkə arasında siyasi dialoq ali və yüksək səviyyədə mütəmadi qarşılıqlı səfərlər vasitəsilə davam etdirilir və Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri ölkələrimiz arasında münasibətlərin daha da inkişafında yeni mərhələ açacaq.

 

Fuad Hüseynzadə,

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri 

Bənzər Xəbərlər

Siyasət

Ermənistanın sülhpərvərliyi şübhə doğurur

Sentyabr 16, 2026
Banner

Türkiyə Prezidentinin köməkçisi Azərbaycanı nüfuzlu qlobal oyunçu kimi qiymətləndirib

Sentyabr 15, 2026
Siyasət

“Prezident İlham Əliyevin Qarabağ Dirçəliş Fondu ilə bağlı bu addımı hər bir azərbaycanlıya nümunədir”

Sentyabr 15, 2026
Xarici xəbərlər

Bəqayi: “İranın Səudiyyə Ərəbistanının neft kəmərinə hücumda əli yoxdur”

Sentyabr 14, 2026
Siyasət

Azərbaycanla İordaniya arasında viza rejimi ləğv edilir

Sentyabr 14, 2026
Siyasət

Azərbaycanla Slovakiya məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsini həyata keçirəcək

Sentyabr 14, 2026

XƏBƏR LENTİ

Bakıda üstünə monitor aşan qadının son vəziyyəti açıqlanıb

21 Sentyabr, 26 / 13:48

Sentyabrın 22-də Bakıda hava necə olacaq? – Yağış ehtimalı var

21 Sentyabr, 26 / 13:32

“Neftçi”dən tarixi nəticə: 1000-ci oyunda 550-ci qələbə

21 Sentyabr, 26 / 13:24

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

21 Sentyabr, 26 / 13:18

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis idarəsinin ƏİK bölüyünün ön əməliyyat bazasında olub

21 Sentyabr, 26 / 13:14

ASAN könüllüləri IDEA ilə birlikdə “Yaşıl dağ” aksiyasını təşkil ediblər

21 Sentyabr, 26 / 13:00

Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib

21 Sentyabr, 26 / 12:55

Türk dünyasının siyasi gücü və birliyi

21 Sentyabr, 26 / 12:39

Kaja Kallas: Rusiyada demokratiyadan yalnız görüntü qalıb

21 Sentyabr, 26 / 12:34

Deputat tıxacda qalıb: “Vəziyyət dözülməz həddə çatıb”

21 Sentyabr, 26 / 12:32

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.