Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və onun köməkçisi Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Zefer.media xəbər verir ki, iclasa hakim Murad Aslanov sədrlik edib. Məhkəmə iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, həmçinin qanunvericiliklə nəzərdə tutulan prosessual hüquq və vəzifələri onlara izah olunub.
Məhkəmə təqsirləndirilən şəxslərin müdafiə hüququndan istifadə etmələri və digər prosessual təminatların həyata keçirilməsi üçün zəruri şərait yaradıb.
Bununla da Ramiz Mehdiyev və Eldar Əmirovun cinayət işi üzrə məhkəmə prosesinə start verilib.

















