Dünya

Kaja Kallas: Rusiyada demokratiyadan yalnız görüntü qalıb

21 Sentyabr 2026, 12:343
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas Rusiyada keçirilən Dövlət Dumasına seçkilərin ölkədə demokratiyaya daha bir ciddi zərbə olduğunu bildirib.

Zefer.media “Minval”a istinadən xəbər verir ki, Kallas Rusiyada fikir ayrılıqlarının yatırıldığını, Ukraynadakı müharibəyə qarşı çıxan “Yabloko” partiyasının seçkilərə buraxılmadığını və beynəlxalq müşahidəçilərin dəvət edilmədiyini qeyd edib.

“Rusiyada demokratiyadan yalnız görüntü qalıb”, – deyə Kallas X sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Rusiya 2026-cı il Dövlət Dumasına seçkilərə ATƏT-in müşahidəçilərini dəvət etməyib.

Aytən Yalçınqızı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600