Milli Məclisin deputatı Arzuhan Əlizadə komitə iclasına gecikib və Bakıda nəqliyyat sıxlığının dözülməz həddə çatdığını bildirib.
Zefer.media xəbər verir ki, deputat şəhərdə tıxac problemini indiyədək həll edə bilməyən şəxslərin və qurumların vətəndaşlardan üzr istəməli olduğunu deyib.
“Yollarda tıxaclar dözülməz həddə çatıb. Bu məsələyə diqqət yetirmək lazımdır. Xüsusilə işə gecikmələr əməkdaşlarla rəhbərlik arasında problemlərə səbəb olur”, – deyə Əlizadə qeyd edib.

















