• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
$
1.7
€
1.9037
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

“ASAN xidmət”in “INNOLAND” mərkəzi beynəlxalq proqramın tərəfdaşlıq statusunu qazanıb

18 İyun, 26 / 16:52
A A

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi “AWS Activate” Provider” (“AWS Activate” startap dəstək proqramının rəsmi tərəfdaşı) statusu əldə edib. Bu naliyyət dünyanın aparıcı bulud texnologiyaları şirkəti olan “Amazon” ilə əməkdaşlıq çərçivəsində reallaşıb.

Dövlət Agentliyinin mətbuat xidmətindən Zefer.media – ya verilən məlumata görə “INNOLAND”in bu cür beynəlxalq statusu əldə etməsi Azərbaycanın startap ekosisteminin beynəlxalq innovasiya məkanına inteqrasiyasına, yerli innovasiya təşəbbüslərinin qlobal bazarlara çıxışının genişlənməsinə töhfə verir.

Belə ki, “INNOLAND”in rezident startapları qlobal səviyyəli texnologiya resurslarında inkişaf proseslərini daha sürətli, səmərəli şəkildə həyata keçirəcəklər.

“Amazon”un qlobal təşəbbüsü olan proqram innovativ startapların inkişafını dəstəkləmək məqsədilə yaradılıb və bulud xidmətlərindən istifadə üçün kreditlər, texniki dəstək, təlim resursları və biznes inkişafı imkanlarından yararlanmaq mümkündür.

Əməkdaşlıq nəticəsində “INNOLAND” iştirakçıları və rezidentləri proqrama müraciət etməklə əldə edilmiş 10000 ABŞ dollarınadək kreditdən 2 il müddətində yararlana bilirlər. Kreditləri şirkətin qabaqcıl generativ süni zəka platforması olan “Amazon Bedrock” xidmətləri üçün də istifadə etmək olar. Platforma üzərindən “Anthropic Claude” , “Meta Llama” və digər qabaqcıl generativ süni zəka modelləri ilə innovativ məhsulların daha sürətli hazırlanması, sınaqdan keçirilməsi və bazara çıxarılması imkanları mövcuddur.

Bu imkan xüsusilə süni zəka, məlumat analitikası, “SaaS”, “FinTech”, “GovTech” və digər innovativ texnologiya sahələrində fəaliyyət göstərən startaplar üçün mühüm üstünlüklər yaradır. Onlar “AWS Activate” kreditləri vasitəsilə bulud infrastrukturu, məlumat bazaları, hesablama resursları və süni zəka xidmətlərindən yararlana bilirlər.

Bu çərçivədə şirkətin qlobal ekspert şəbəkəsinə, texniki sənədlərə, təlim materiallarına və biznes inkişafını dəstəkləyən müxtəlif resurslara çıxış da mümkündür.

Proqram və müraciətlə bağlı məlumat almaq istəyən startaplar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi ilə əlaqə saxlaya bilərlər.

Əlaqə:

office.innoland@icenter.az

Bənzər Xəbərlər

Gündəm

“Azərbaycan Ermənistanın düşdüyü ağır durumdan yararlanmağa çalışmır” – Cavanşir Feyziyev

Noyabr 6, 2026
Manşet

Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

Noyabr 6, 2026
Gündəm

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Zəfər Günü ilə bağlı Bəyanat yayıb

Noyabr 4, 2026
Gündəm

Cavanşir Feyziyev: “Paşinyan Ermənistan tarixində hakimiyyətdə olan ən ağıllı liderdir”

Noyabr 4, 2026
Gündəm

Əli Kərimlinin məhkəməsi başlayıb

Noyabr 3, 2026
Gündəm

Crossmedia platformasının fəaliyyətə başlamasından 2 il ötür

Noyabr 1, 2026

XƏBƏR LENTİ

Russell Brand barəsində yeni ittihamların irəli sürülməsi istisna edilmir

06 Noyabr, 26 / 21:02

Fransada avtobus qəzası: iki nəfər ölüb, yaralılar var

06 Noyabr, 26 / 20:55

“Tesla Cybertruck”ın istehsalı dayandırıla bilər

06 Noyabr, 26 / 20:46

“Dünyanın ehtiyacı yeni müharibənin qalibləri deyil, yeni sülhün qurucularıdır” – Burhanettin Duran

06 Noyabr, 26 / 20:36

COP31 üçün yaradılan infrastruktur Antalyanın beynəlxalq nüfuzunu gücləndirəcək

06 Noyabr, 26 / 20:21

Aİ-dən TikTok-un məzmun tövsiyə sistemi ilə bağlı ittiham

06 Noyabr, 26 / 19:09

Ağ Ev “Starlink” üçün 1 milyon dollardan çox vəsait ödəyib

06 Noyabr, 26 / 18:45

Amsterdamda etirazçılar “Microsoft”un tikinti sahəsini ələ keçiriblər

06 Noyabr, 26 / 18:35

“Naxçıvan” komandası “Azərmaş Abşeron”u 3:0 hesabı ilə məğlub edib – FOTOLAR

06 Noyabr, 26 / 18:25

Millimiz üçüncü dəfə dünya çempionu oldu

06 Noyabr, 26 / 18:24

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.