Dünya

Almaniyada Rusiyaya casusluq etməkdə şübhəli bilinən ukraynalı saxlanılıb

15 May 2026, 19:340
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Almaniyada Rusiyaya casusluq etməkdə şübhəli bilinən Ukrayna vətəndaşı saxlanılıb. O, Ukrayna Silahlı Qüvvələri üçün hərbi dronlar istehsal edən Almaniya şirkətinə qarşı təxribat hazırlamaqda ittiham olunur.

Zefer.media xəbər verir ki  bu barədə Almaniya Baş Prokurorluğu və həmin ölkənin “SPIEGEL” nəşri məlumat yayıb.

Prokurorluq bildirib ki, 15 may 2026-cı ildə Almaniya Federal Məhkəməsinin istintaq hakimi ukraynalı Sergey N. haqqında həbs qərarı çıxarıb və icra edib.

O, 24 mart 2026-cı ildə Almaniya tərəfinin tələbi ilə İspaniyanın Elda şəhərində saxlanılıb və 14 mayda rəsmi şəkildə Almaniyaya köçürülüb.

Federal Prokurorluq Sergey N. və onun iddia edilən əlbir olduğu şəxs – 45 yaşlı Rumıniya vətəndaşı Alla S.-ni Moskvaya casusluqda ittiham edir. Rumıniyalı əvvəllər Reyn şəhərində saxlanılıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600