Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın rəqəmsal sahəsinin inkişafına 150 min dollar vəsait ayırıb.
Zefer.media xəbər verir ki, maliyyə regional proqram çərçivəsində ayrılıb. Ümumi büdcəsi 1 milyon dollar olan proqram 2026–2030-cu illərdə Mərkəzi və Qərbi Asiyanın yeddi ölkəsində həyata keçiriləcək.
Proqramda Azərbaycanla yanaşı, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistan iştirak edir. Ümumi maliyyələşmənin 15 faizi Azərbaycanın payına düşür.
















