İqtisadiyyat

Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək

19 Oktyabr 2026, 13:360
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Astara rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün mənzillər tikiləcək.

Zefer.media Oxu.Az – a istinadən xəbər verir ki, bununla bağlı müvafiq prosedur yekunlaşıb.

Belə ki, layihə çərçivəsində rayonda 37 ədəd ikiotaqlı və 37 ədəd birotaqlı mənzil satın alınacaq.

Bağlanmış müqavilənin və ümumi layihənin dəyəri 3 milyon 428 min 932 manatdır.

Qeyd edək ki, Azərbaycanda şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə (xüsusilə I qrup əlilliyi olan şəxslərə və qazilərə) dövlət tərəfindən pulsuz mənzil və ya fərdi ev verilir.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600