• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
13.8° Weather Columbus
$
1.7
€
1.9673
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edildi

01 İyun, 26 / 19:56
A A

Abşeron rayonunda şəhidlərimizin bizə əmanət qalan övladları üçün “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar bayram şənliyi keçirilib.

Zefer.media xəbər verir ki, Dövlət Turizm Agentliyinin və Abşeron RİH-nin birgə təşkilatçılığı ilə Qobustan Palçıq Vulkanları Turizm Kompleksində baş tutan tədbirdə Agentliyin sədri Fuad Nağıyev, RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri və onların övladları iştirak ediblər.

Əvvəlcə şəhid övladlarının iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər çiçəklər düzərək xatirəsi ehtiramla yad edilib.

Sonra Palçıq Vulkanları Turizm Kompleksindəki muzeylə tanışlıq gəzintisi olub, ərazidəki palçıq vulkanlarına baxış keçirilib. O cümlədən uşaqlar üçün rəssamlıq, heykəltaraş lıq və dulusçuluq üzrə master-klaslar təşkil edilib.

RİH başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Eyni zamanda şəhidlərimizin ailə üzvləri və onların yadigarları dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub. Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daima uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları diqqət mərkəzində saxlanılmış və bu istiqamətdə onun təşəbbüsü ilə çoxsaylı tədbirlər görülmüş, layihələr həyata keçirilmişdir.

RİH başçısı bildirib ki, ölkəmizdə uşaqların sağlam və savadlı böyüməsi Heydər Əliyev Fondunun siyasətinin prioritet istiqaməti olduğundan Fond tərəfindən bu istiqamətdə müxtəlif və genişmiqyaslı proqramlar həyata keçirilməkdədir.

Daha sonra RİH başçısı şəhid Fərid Seyfullayevin övladı Səmanın doğum günü münasibəti ilə təbrik edib.

Tədbirin sonunda “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə şəhid övladları üçün bayram şənliyi keçirilib.

Qeyd edək ki, bu gün Abşeron RİH yanında İctimai Şura tərəfindən rayonun Şəfəq qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbdə də “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar bayram tədbiri keçirilib. Bayram şənliyində şəhid ailələri, şəhid və qazi övladları, o cümlədən məktəbin kollektivi iştirak edib.

Tədbirdə YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev və Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova çıxış edərək uşaqları bayram münasibəti ilə təbrik edib, ölkəmizdə uşaqlara yaradılan şəraitdən, onların azad və təhlükəsiz yaşamaları, təhsil almaları, inkişaf etmələri və mütəxəssis kimi formalaşmaları istiqamətində həyata keçirilən dövlət layihələrindən danışıblar.

Bənzər Xəbərlər

Siyasət

Türkiyə lideri Azərbaycanı təbrik edib

İyun 15, 2026
Gündəm

Türkiyə MN Azərbaycanı təbrik edib

İyun 15, 2026
Gündəm

Şuşa Bəyannaməsi ortaq gələcəyin strateji yol xəritəsidir

İyun 15, 2026
Gündəm

Qlobal çağırışlar və regional potensial fonunda Azərbaycan turizmi: Mövcud vəziyyət və perspektivlər

İyun 15, 2026
Gündəm

Ramil Əliyev mərhum Ruslan Quliyev barədə duyğusal paylaşım edib

İyun 12, 2026
Gündəm

Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

İyun 11, 2026

XƏBƏR LENTİ

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il keçir

15 İyun, 26 / 14:48

Kanoeçimiz ikinci qızıl medalını qazanıb

15 İyun, 26 / 14:44

Yaxın gələcəkdə regionda yeni hərbi gərginliyin yaranması ehtimalını istisna etmək olmaz - Siyasi şərhçi 

15 İyun, 26 / 14:38

Türkiyə lideri Azərbaycanı təbrik edib

15 İyun, 26 / 14:02

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

15 İyun, 26 / 14:01

Türkiyə MN Azərbaycanı təbrik edib

15 İyun, 26 / 13:59

Rusların hücumu ilə Dneprdəki məşhur Orqan və Kamera Musiqisi Evi zədələnib

15 İyun, 26 / 13:55

“İsrail Livana hücumları dərhal dayandırmalıdır”

15 İyun, 26 / 13:50

Bakının 6 rayonunda avtomobil yolları təmir ediləcək

15 İyun, 26 / 13:03

“Trampın razılaşması bizi öhdəlik altına salmır”

15 İyun, 26 / 13:00

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.