Dünya

ABŞ Senatı İranla bağlı qətnamənin müzakirəsini dayandırıb

25 İyun 2026, 14:581
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ Senatı Demokrat senator Tim Keyn tərəfindən təqdim edilən İran müharibəsi səlahiyyətləri qətnaməsinin müzakirəsinə başlanılmasını rədd edib.

Zefer.media xəbər verir ki, prosedur səsverməsində 50 senator qətnamənin irəliləməsinin əleyhinə, 47 senator lehinə səs verib, bir senator isə bitərəf qalıb. Bununla da sənədin Senatda nəzərdən keçirilməsi faktiki olaraq dayandırılıb.

Respublikaçılar və ABŞ prezidenti Donald Tramp qətnamənin qəbulunun Vaşinqtonun İranla davam edən danışıqlardakı mövqeyini zəiflədə biləcəyini müdafiə edirdilər.

Səsvermədən sonra Tramp bir neçə respublikaçı senatora təşəkkür edib. O bildirib ki, senatorlar Rand Paul və Bil Kasidinin mövqeyi səsvermənin nəticəsinə təsir göstərib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600