Banner

Azərbaycanlıların ən sevimli bazarı bağlanır?

27 Noyabr 2026, 11:591
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Temu” elektron ticarət platformasının sahibi olan “PDD Holdings”ə qarşı rəqabət pozuntusu əlamətləri üzrə apardığı araşdırmanı yekunlaşdırıb.

Temu insanları aldadır

Məlumata görə, araşdırma rəqabəti məhdudlaşdıran qiymət siyasəti həyata keçirməklə hökmran mövqedən sui-istifadə etmə və rəqabət qanunvericiliyinin – Rəqabət Məcəlləsinin 16.2.1-ci, 16.2.7-ci və 16.2.8-ci maddələrinin tələblərinin pozulması əlamətləri əsasında aparılıb. Araşdırmanın nəticəsi olaraq, rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyi üçün rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib. Hazırda iş qaldırılması məsələsinə baxılması davam etdirilir.

Qeyd edək ki, azərbaycanlı müştərilər “Temu”ya çox müraciət edir. Belə fikirlər səslənir ki,” Temu”nun Azərbaycanda bağlanması və ya fəaliyyətinin məhdudlaşdırılması mümkündür.

Bəzi alıcılar keyfiyyətsiz, qüsurlu və ya istifadəyə yararsız mallar aldıqlarını bildirirlər. Bağlamaların gecikməsi, itməsi və karqo şirkətləri ilə anlaşılmazlıqlar da şikayətlərə səbəb olur.

Bəs “Temu” azərbaycanlılar üçün bağlana bilərmi?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun bildirdiyinə görə, Azərbaycanda istehlakçı siyasəti qənaətbəxş deyil və bu sahədə qanunvericilik müasir ticarət münasibətlərinin tələblərinə cavab vermir.

“Ölkədə istehlakçı siyasəti bərbad vəziyyətdədir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun 1995-ci ildə qəbul olunub. O vaxtdan bəri bazar dəyişib, onlayn ticarət meydana gəlib, çoxsaylı ticarət platformaları, o cümlədən “Temu” və digər platformalar yaranıb. Lakin qanun köhnə olaraq qalıb”,_ deyə ekspert vurğulayıb..

Onun fikrincə, “Temu”da istehlakçı hüquqlarının pozulması halları geniş yayılıb: “Təəssüf ki, bu məsələyə lazımi diqqət yetirən yoxdur. Mənim “Temu”da istehlakçı hüquqlarının pozulması ilə bağlı yüzlərlə çıxışım var. Məsələn, ofisimizdə bununla bağlı bir neçə nümunə mövcuddur. Vətəndaş “Temu”dan saat sifariş edib, reklamda saatı görüb, lakin ona üzərində saatın rəqəmləri təsvir olunmuş karton parçası göndərilib. Başqa bir vətəndaş paltar asılqanı sifariş edib, əvəzində ona cəmi bir santimetr uzunluğunda əşya göndərilib. Hamam dəsmalı sifariş edən şəxsə isə 25 santimetr uzunluğunda dəsmal çatdırılıb və sair”.

E.Hüseynov xatırladıb ki, bağlamaların gecikməsi, istehlakçının tələbatına uyğun olmayan məhsulun göndərilməsi, malı qaytarmaq və ya dəyişdirmək istəyən alıcıların problemlərlə üzləşməsi bəli, “Temu”da geniş yayılmış hallardır: “Çox istərdim ki, adını çəkdiyimiz dövlət qurumu bu məsələlərə də diqqət yetirsin”.

Bununla belə, o, “Temu”nun Azərbaycanda fəaliyyətinin tamamilə dayandırılacağına inanmır: “Elektron və ya onlayn ticarət bütün dünyada ənənəvi ticarəti sıxışdırır. İldən-ilə daha da tənbəlləşən, gözü doymayan, yerindən durmaq istəməyən istehlakçılar onlayn ticarətə üstünlük verirlər və bununla yanaşı, müxtəlif problemlərlə də üzləşirlər. Belə bir tələbatın bütün dünyada artdığı şəraitdə “Temu”nun bağlanacağına inanmıram. Bağlansa belə, hesab edirəm ki, tezliklə yenidən fəaliyyətə başlayacaq”.Musavat.com

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600