Gündəm

Türkiyədə təhsilini bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularına diplomlar təqdim edilib

2 Sentyabr 2026, 18:339
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin Milli Müdafiə Universitetinin Hərbi Dəniz Qüvvələri üzrə Gizir Hazırlığı Məktəbində təhsillərini uğurla başa vurublar. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Zefer.media – ya verilən məlumata görə, Yalova vilayətində keçirilən mərasimdə Türkiyə Respublikası Hərbi Dəniz Donanmasının rəhbər heyəti, rəsmi qonaqlar, məktəbin müəllim-professor heyəti və məzunların ailə üzvləri iştirak ediblər.

Hərbi qulluqçularımız ölkələrimiz arasında hərbi təhsil sahəsində mövcud müqaviləyə əsasən Türkiyənin Milli Müdafiə Universitetinin Hərbi Dəniz Qüvvələri üzrə Gizir Hazırlığı Məktəbində təhsil alırlar. Təhsil ocağı 2 illik hərbi təhsil proqramı üzrə Türkiyə Hərbi Dəniz Qüvvələri üçün miçman kadrlarının hazırlanmasında mühüm rol oynayır.

Tədbirdə Azərbaycanın Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri iştirak edərək miçman rütbələri almış 5 hərbi qulluqçumuzu təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600