İspaniyada iki qatarın toqquşması nəticəsində azı 46 nəfər həlak olub. Qəza Madrid–Əndəlüs yüksək sürətli dəmir yolu xəttində baş verib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, qatarlardan biri qarşıdan gələn digər qatarla toqquşub. Nəticədə iki vaqon relsdən çıxaraq dəmir yolu yatağının yamacına aşıb.
Çox sayda yaralının olduğu bildirilir. Hadisə yerində tibbi yardım əməkdaşları işləyirlər.
Pərvin Hacıyeva

















