Rusiya Prezidenti Vladimir Putinin Finlandiya və Norveç liderləri ilə planlaşdırılan telefon danışığı gözləniləndən xeyli uzun çəkib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, “Financial Times”ın məlumatına görə, Aleksandr Stubb və Yonas Qar Störe ilə 30 dəqiqədən az davam etməsi nəzərdə tutulan söhbət 90 dəqiqə çəkib.
Nəşrin mənbələri bildirir ki, Putin danışığın böyük hissəsini orta əsrlər slavyan tarixinə və münaqişənin “əsas səbəbləri”nə həsr edib. Ukraynadakı müharibənin başa çatdırılması yolları isə geniş müzakirə olunmayıb.
Məlumata görə, dərhal atəşkəs məsələsi, demək olar ki, müzakirə edilməyib. Finlandiya və Norveç liderləri Putinin Avropa ilə dialoqa nə dərəcədə ciddi yanaşdığını anlamaq üçün onun tarixi mövzuda çıxışını yarımçıq kəsməməyə qərar veriblər.
Qəmər Kazımzadə

















