ABŞ və İran arasında genişmiqyaslı müharibənin yenidən başlaması riski artır. ABŞ kəşfiyyatının məlumatına görə, İran amerikalı rəsmilərə və diplomatlara qarşı sui-qəsdlərin hazırlanmasında irəliləmiş mərhələdədir. Tehran isə öz növbəsində ABŞ və İsrailin yeni genişmiqyaslı hücumuna hazırlaşır.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, bu barədə “The New York Times” (NYT) nəşri məlumat yayıb.
Təhdidlər fonunda Vaşinqton təhlükəsizlik tədbirlərini gücləndirib və daha əvvəl Birləşmiş Krallıqdakı bazadan B-1 bombardmançılarını çıxarıb. Pentaqon, həmçinin İranda potensial hədəflərin siyahısını genişləndirərək ölkənin enerji və əsas iqtisadi infrastrukturunu da siyahıya daxil edib.
Pərvin Hacıyeva

















