Kanadanın fransızdilli Kvebek əyalətində separatçı “Kvebek Partiyası” seçkilərdə qalib gəlib. Partiyanın lideri Pol Sen-Pyer Plamondon Kvebekin növbəti baş naziri olacaq.
Zefer.media “AFP”yə istinadən xəbər verir ki, partiyanın tərəfdarları qələbəni “Kvebek bir ölkədir!” şüarı ilə qeyd ediblər.
Partiya ABŞ Prezidenti Donald Trampın prezidentlik müddəti başa çatdıqdan sonra Kvebekin müstəqilliyi ilə bağlı referendum keçirəcəyini vəd edib. Bu, 1980 və 1995-ci illərdə keçirilən referendumlardan sonra üçüncü belə səsvermə olacaq. Həmin referendumlarda seçicilərin çoxu Kvebekin Kanada tərkibində qalmasına səs verib.
Hazırda Kvebek sakinlərinin təxminən 30 faizi müstəqilliyi dəstəkləyir. Daha bir referendumun iki həftə sonra Alberta əyalətində keçirilməsi planlaşdırılır.
Aytən Yalçınqızı
















