Nyu-York meri Zöhran Məmədani 11 sentyabrın şəhərdə Anım Günü elan edilməsi ilə bağlı sərəncamı imzaladığı simvolik qələmi baş məsləhətçisi Ramzi Kəsəmə təqdim etdikdən sonra tənqidlərə məruz qalıb.
Zefer.media xarici mənbələrə istinadən bildirir ki, Kəsəm daha əvvəl “Əl-Qaidə” ilə əlaqəli iş üzrə məhkum edilmiş şəxsi məhkəmədə müdafiə edib. Həmin şəxsin həyat yoldaşı 11 sentyabr hadisələri zamanı Pentaqona çırpılan “American Airlines”ın 77 saylı reysini qaçıranlardan birinin bacısı olub.
Lalə Qurbanlı
















