Dünya

ABŞ İranın nüvə obyektləri üzrə fəaliyyətlər üçün yüz milyonlarla dollar istəyir

25 İyun 2026, 15:211
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ administrasiyası İranın zənginləşdirilmiş uran ehtiyatlarının zərərsizləşdirilməsi və nüvə obyektlərində yoxlamaların aparılması üçün 672 milyon dollar vəsait tələb edir.

Zefer.media xəbər verir ki, bu barədə “Fox News” mənbələrə istinadən məlumat yayıb.

Həmin məbləğ ABŞ-nin müharibə naziri Pit Heqsetin Nümayəndələr Palatasındakı respublikaçı üzvlərə təqdim etdiyi 80 milyard dollarlıq əlavə maliyyələşdirmə planının tərkib hissəsidir.

Məlumatda bildirilir ki, ayrılması nəzərdə tutulan vəsait İranın nüvə fəaliyyəti ilə bağlı tədbirlərin maliyyələşdirilməsi ilə yanaşı, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının xərclərinin ödənilməsi və Amerika sursat ehtiyatlarının bərpası üçün də istifadə olunacaq.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600