Dünya

İran müharibəsi nəticəsində İraq OPEC-lə bağlı variantları nəzərdən keçirir

25 İyun 2026, 15:051
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İraq İran müharibəsinin neft ixracına təsirləri fonunda OPEC çərçivəsində hasilat kvotasının əhəmiyyətli dərəcədə artırılmasını tələb edir.

Zefer.media xəbər verir ki, bu haqda “Reuters” agentliyi bildirib.

Ölkə ciddi maliyyə təzyiqləri ilə üzləşdiyi üçün daha çox neft hasil edib ixrac etməyə ehtiyac duyur. Qeyd olunub ki, əgər İraqın kvotası nəzərəçarpacaq dərəcədə artırılmasa, Bağdad bütün mümkün variantları nəzərdən keçirəcək.

İraq rəsmiləri OPEC-dən çıxmaq ehtimalını da müzakirə ediblər. Bununla belə, hazırkı mərhələdə əsas məqsəd təşkilatda qalaraq daha yüksək hasilat kvotasına nail olmaqdır.

İraq hökuməti hesab edir ki, müharibənin yaratdığı iqtisadi çətinliklər və maliyyə ehtiyacları fonunda neft hasilatı və ixracının artırılması ölkə üçün zəruri addımdır.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600