Dünya

İsrail səfiri: “İranla müharibə bizi Körfəz ölkələrinə daha da yaxınlaşdırdı”

24 İyun 2026, 17:411
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İsrailin BƏƏ-dəki səfiri Yossi Şelli bildirib ki, İranla son müharibə İsrail və Fars körfəzi ölkələri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olub.

Zefer.media-nın əldə etdiyi məlumata görə, “Jerusalem Post”a müsahibəsində Şelli qeyd edib ki, 2020-ci ildə imzalanmış İbrahim Sazişləri çərçivəsində qurulan tərəfdaşlıq son proseslərdən sonra yeni mərhələyə qədəm qoyub.

Onun sözlərinə görə, İranın hücumları Körfəz ölkələrinin İsraildən uzaqlaşmasına deyil, əksinə, tərəflərin bir-birinə daha da yaxınlaşmasına gətirib çıxarıb.

“İranın raket və dronlarla həyata keçirdiyi hücumlar İsrail və BƏƏ-nin ortaq təhlükəsizlik maraqlarını daha aydın şəkildə ortaya qoyub və birgə müdafiə əməkdaşlığının əhəmiyyətini artırıb”, – deyə səfir əlavə edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600