Dünya

İran nə vaxt nüvə silahı əldə edəcək?” – Trampın paylaşımı diqqət çəkdi

24 İyun 2026, 12:552
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün ABŞ prezidenti Donald Tramp İranla bağlı paylaşdığı yeni videoçarxla diqqət mərkəzinə düşüb.

Zefer.media xəbər verir ki, Tramp özünün “Truth Social” platformasında İranın terror fəaliyyəti və nüvə proqramına həsr olunmuş video yayımlayıb.

Paylaşım Vaşinqton və Tehran arasında mümkün razılaşma ehtimalının müzakirə olunduğu bir vaxta təsadüf edib.

Videoçarxda “1979-cu ildən bəri saat işləyir. İran 47 ildir ki, hər il amerikalıları öldürür. Keçmiş prezidentlər İrana güzəştə gedərkən, İran nüvə silahı əldə etməyə çalışırdı” ifadələri yer alır.

Videonun ən diqqətçəkən hissəsi isə sonda nümayiş etdirilən simvolik səhnə olub. Belə ki, çarx boyunca ekranda görünən saat “İran nə vaxt nüvə silahı əldə edəcək?” sualı səsləndirilərkən çəkiclə dağıdılır və ardınca “Heç vaxt” ifadəsi eşidilir.

VID_20260624_125743_194.mp4

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600