ABŞ dövlət katibi Marko Rubio İranın dəstəklədiyi silahlı qrupların fəaliyyəti məsələsinin Tehranla aparılan danışıqlarda müzakirə ediləcəyini açıqlayıb.
Zefer.media xəbər verir ki, Yaxın Şərq turnesi çərçivəsində Əbu-Dabiyə səfəri zamanı jurnalistlərə danışan Rubio bildirib:
“İranın dəstəklədiyi qruplar İraq ərazisindən raket və dronlarla hücumlar həyata keçirdiyi müddətcə regiondakı qarşıdurma və düşmənçiliklərə son qoymaq mümkün olmayacaq”.
Rubionun sözlərinə görə, İranın yenidənqurma işləri üçün vəsait ayrılması ilk növbədə təhlükəsizlik məsələlərinin həllindən asılı olacaq. O vurğulayıb ki, ABŞ belə bir yenidənqurma prosesinin maliyyələşdirilməsində iştirak etmir.
ABŞ rəsmisi əlavə edib ki, İranın gələcəyi ilə bağlı mümkün müzakirələr İslam Respublikasının davranışlarından asılı olacaq.
Zərintac Mayisqızı















