ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlar həyata keçirməsi ilə bağlı səlahiyyətlərini məhdudlaşdırmağa yönəlmiş qətnamə qəbul edib.
Zefer.media xəbər verir ki, keçirilən səsvermədə qətnamə 50 senatorun dəstəyi ilə qəbul olunub, 48 senator isə sənədin əleyhinə səs verib.
Məlumata görə, qətnamə ABŞ prezidentini Konqresin icazəsi olmadan İrana qarşı hərbi əməliyyatlara başlamamaq və ya onları davam etdirməməyə çağırır.
Sənədin əsas məqsədi prezidentin müharibə səlahiyyətlərini məhdudlaşdırmaq və Vaşinqtonun Tehranla yeni hərbi qarşıdurmaya cəlb olunmasının qarşısını almaqdır.
Zərintac Mayisqızı















