Dünən İraq Kürdüstanında fəaliyyət göstərən İranın kürd müxalifət təşkilatlarından biri bazasına raket zərbəsi endirildiyini açıqlayıb.
Zefer.media xəbər verir ki, Kürdüstan Azadlıq Partiyasının sözçüsü Xəlil Kani Sənani mayın 31-i səhər saatlarında Ərbilin şimal-qərbində yerləşən qərargahım raket atəşinə məruz qaldığını deyib.
Onun sözlərinə görə, raket təşkilatın yerləşdiyi əraziyə düşüb. Hadisə nəticəsində ölən və ya yaralananlar barədə hələlik məlumat verilməyib.
Zərintac Mayisqızı

















