Dünən İran prezidenti Məsud Pezeşkian su böhranının idarə olunmasına həsr olunmuş Dövlət–Universitet Əməkdaşlıq Şurasının iclasında qeyri-rəsmi geyimdə iştirak etməsi ilə diqqət mərkəzinə düşüb.
Zefer.media xəbər verir ki, İran Prezidenti iclasa qısaqol polo köynəklə qatılıb və enerji sərfiyyatına qənaət etmək məqsədilə iştirakçılara kondisionerlərin temperaturunu azaltmaq əvəzinə pencəklərini çıxarmağı təklif edib.
Həmin addım sosial mediada geniş müzakirələrə səbəb olub. Bəzi müşahidəçilər prezidentin davranışını enerji qənaətinə və mövcud su böhranına diqqət çəkmək üçün simvolik mesaj kimi dəyərləndiriblər.
Bir qisim istifadəçilər isə Pezeşkianın rəsmi tədbirdə bu cür geyim seçimini prezident postunun nüfuzuna uyğun hesab etmədiklərini bildiriblər. Onlar ölkənin əsas problemləri fonunda geyim mövzusunun gündəmə gəlməsini ikinci dərəcəli məsələ saydıqlarını vurğulayıblar.
Zərintac Mayisqızı

















