Dünən İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Baxşayeş Ərdəstani ABŞ və İran arasında baş vermiş müharibə zamanı amerikalı pilotların İranda saxlanıldığını açıqlayıb.
Zefer.media xəbər verir ki, o, ILNA agentliyinə müsahibəsində iki amerikalı pilotun İranın hava məkanında uçuşlar həyata keçirdiyini və onların İslam Respublikası tərəfindən həbs edildiyinin deyildiyini ifadə edib.
Pilotların həqiqətən saxlanılıb-saxlanılmadığı barədə suala cavabında deputat “Bəli, həbs olunublar” ifadəsini işlədib.
Ərdəstani Donald Trampın pilotların xilas edilməsi ilə bağlı açıqlamalarına toxunaraq bunun uğursuzluğu gizlətmək məqsədi daşıdığını iddia edib.
Zərintac Mayisqızı

















