Dünən ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında İranla bağlı gərgin vəziyyət səbəbindən oğlunun toy mərasiminə qatıla bilməyəcəyini bildirib.
Zefer.media xəbər verir ki, Trampın böyük oğlunun bu həftəsonu Baham adalarında Bettina Andersonla evlənəcəyi qeyd olunur.
ABŞ prezidenti isə tədbirdə iştirak edib-etməyəcəyinin hələ də dəqiq olmadığını deyib.
“O, mənim gəlməyimi istəyir. Mən də getməyə çalışacağam. Mən ona dedim ki, bu, mənim üçün uyğun vaxt deyil. İran məsələsi və digər problemlərim var”, — deyə Ağ Ev rəhbəri bildirib.
Tramp əlavə edib ki, toyda iştirak etməsi və ya etməməsi halında belə tənqidlərdən qaça bilməyəcəyini düşünür: “Bu, uduzduğum vəziyyətdir. Getsəm də, tənqid olunacağam, getməsəm də. Xüsusilə saxta media tərəfindən”.
Zərintac Mayisqızı

















