Dünya

Lavrov: “Hörmüz boğazının bağlanmasının səbəbi İran deyil”

15 May 2026, 14:251
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanda keçirilən BRİKS Xarici İşlər Nazirlərinin Görüşü sammitində çıxışı zamanı Hörmüz boğazında yaranan böhrana görə İranın günahlandırılmasını rədd edib.

Zefer.media xəbər verir ki, o, “Qərb”in Fars körfəzi ilə bağlı yanaşmasını tənqid edərək bildirib:

“Regional gərginliyin əsas kökü ABŞ və İsrailin İrana qarşı səbəbsiz təcavüzüdür. Müharibə başlayana qədər Hörmüz boğazında dəniz təhlükəsizliyi 100 faiz təmin edilmişdi və İran heç vaxt bu su yolunda problemin səbəbkarı olmayıb”.

Lavrovun sözlərinə görə, ABŞ və İsrailin məqsədlərindən biri İran və ərəb ölkələri arasında qarşıdurma yaratmaqdır.

Nazir Pakistanın İran və ABŞ arasında dialoqu asanlaşdırmaqda oynadığı rolun vacibliyini vurğulayıb və Hindistanın diplomatik nüfuzuna istinad edərək, Yeni Dehlinin İranla ərəb ölkələri arasında münasibətlərin yaxşılaşdırılmasında vasitəçi ola biləcəyini qeyd edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600