Dünya

Tramp Çinə səfərdən sonra İrana qarşı yeni addımları nəzərdən keçirə bilər

14 May 2026, 17:180
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ prezidenti Donald Trampın Çinə səfərindən sonra İrana qarşı daha sərt tədbirlər gündəmə gələ bilər.

Zefer.media xəbər verir ki, bununla bağlı “Axios” nəşri bildirib.

Məlumata görə, nəzərdən keçirilən variantlardan biri ABŞ Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə Hörmüz boğazından gəmilərin keçidini təmin etməyə yönəlmiş “Azadlıq Layihəsi” əməliyyatının bərpasıdır.

Bundan əlavə, ABŞ-nin İran infrastrukturuna qarşı yeni hava hücumları kampaniyaları ehtimalını da araşdırdığı deyilir.

Xatırladaq ki, Ağ Ev daha öncə ABŞ və Çinin Hörmüz boğazının militarizasiyasına və rüsum tətbiqi cəhdlərinə qarşı olduğunu açıqlamışdı. Həmçinin liderlərin İranın nüvə silahına sahib olmaması barədə razılığa gəldiyi qeyd olunur.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600