İrəvan Rusiyaya qarşı heç bir addım atmaq niyyətində deyil, eyni zamanda Rusiya əleyhinə sanksiyalardan yayınmağı da planlaşdırmır.
Zefer.media xəbər verir ki, bu fikirləri Vətəndaş Müqaviləsi Partiyasının lideri və məzuniyyətdə olan Ermənistanın baş naziri Nikol Paşinyan kampaniya zamanı jurnalistlərə deyib.
O bildirib ki, Ermənistan Rusiya əleyhinə sanksiyalardan yayınmaq üçün heç bir addım atmır, çünki özü də sanksiyaların təsiri altına düşməyəcək.
Nazirin sözlərinə görə, Ermənistan əvvəlcə Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını, lakin onları da keçməyəcəyini bildirib.
Paşinyan əlavə edib ki, Aİ Ermənistanın sanksiyalardan yayındığından narahatdır.
Zərintac Mayisqızı















