İranın antisemitizmi alovlandırmaqda mümkün rolu ilə bağlı narahatlıqlar fonunda Britaniyanın baş naziri Kir Starmer Tehrana sərt xəbərdarlıq edib.
Zefer.media xəbər verir ki, Starmer İslam Respublikasının Britaniyada daxili sabitliyi pozmaq cəhdlərinə dözülməyəcəyini bildirib.
O, Britaniya hökumətinin xarici dövlətlərin ölkədəki yəhudi icmasına qarşı son hücumlarda iştirak edib-etmədiyini araşdırdığını açıqlayıb.
Baş nazir əlavə edib ki, İranın bu hücumlarda rolunun sübut olunacağı təqdirdə, Tehran nəticələrlə üzləşəcək.
“İrana və ya zorakılığı, nifrəti və cəmiyyətdə qeyri-sabitliyi qızışdırmağa çalışan istənilən digər ölkəyə mesajımız budur: bu davranışa səssiz qalmayacağıq”, – deyə Starmer vurğulayıb.
Zərintac Mayisqızı















