İranın xarici işlər naziri Abbas Əraqçı və pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.
Zefer.media xəbər verir ki, tərəflər Yaxın Şərqdə mövcud vəziyyəti və bölgədə sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımları müzakirə ediblər.
Danışıq zamanı Əraqçı Pakistanın bölgədə vasitəçilik səylərini və İran-ABŞ danışıqlarında oynadığı konstruktiv rolu yüksək qiymətləndirib. Tərəflər diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Zərintac Mayisqızı

















