İranın cənub limanlarına tətbiq edilən dəniz blokadasının üçüncü həftəsi başlayarkən Kepler şirkətinin məlumatları ölkənin neft sektorunda ciddi geriləmə olduğunu göstərir.
Zefer.media xəbər verir ki, İranın gündəlik neft hasilatı iki dəfə azalaraq 1,2 milyon barelə düşüb.
Eyni zamanda, gündəlik neft yükləmə gücü də kəskin azalıb və gündə 2 milyon bareldən 560 min barelə enib.
“The Wall Street Journal” isə yazır ki, Tehran yaranmış vəziyyətdən çıxış yolu kimi nefti Çinə dəmir yolu ilə nəql etməyi nəzərdən keçirir. Lakin ekspertlər bu planın nə iqtisadi, nə də praktik baxımdan səmərəli olmadığını bildirirlər.
İranın neft saxlama tutumu tükənmək üzrədir və hasilatın dayandırılması ölkənin neft infrastrukturuna ciddi və hətta düzəlməz zərər vura bilər.
Keplerin qiymətləndirməsinə görə, sanksiyalar və blokada səbəbindən İranın hazırkı neft ehtiyatları təxminən 49 milyon barel səviyyəsindədir.
Zərintac Mayisqızı

















