Bu gün İranın “Toska” gəmisinin ələ keçirilməsindən iki gün sonra İran Xarici İşlər Nazirliyi ABŞ ordusunun hərəkətlərini qətiyyətlə pisləyən bir bəyanat yayıb.
Zefer.media xəbər verir ki, Tehran gəmiyə hücumu “qanunsuz, qəddar və terrorçu” adlandırıb və bunu “7 aprel tarixli iki həftəlik atəşkəs razılaşmasının açıq pozulması” olduğunu bildirib.
Bəyanatda beynəlxalq təşkilatlar hadisəyə reaksiya verməyə çağırılıb. İran bu cür hərəkətlərin “son dərəcə təhlükəli nəticələri” barədə xəbərdarlıq edib və gəminin dərhal azad edilməsini tələb edib.
Zərintac Mayisqızı















