“İran və ABŞ bəzi məsələlərdə anlaşma əldə ediblər, lakin iki və ya üç vacib mövzuda fikir ayrılığına düşüblər”.
Zefer.media xəbər verir ki, bu barədə İran XİN sözçüsü İsmayıl Bəqayi deyib.
“Həmin danışıqlara bəzi yeni mövzular, məsələn, Hörmüz boğazı əlavə edilib və hər birinin özünəməxsus mürəkkəbliyi var. Danışıqlar inamsızlıq və şübhə atmosferində keçib”, – İran XİN rəsmisi deyib.
Bəqayi əlavə edib ki, bu danışıqlar raundu bu ilin ən uzun raundu olub və ümumilikdə 24 və ya 25 saat davam edib.
Zərintac Mayisqızı

















