Qazaxıstanın Manqistau vilayətində baş verən hadisə nəticəsində həlak olan hərbçilərin sayı 14-ə yüksəlib.
Zefer.media “Minval”a istinadən xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyi axtarış-xilasetmə əməliyyatı zamanı daha iki hərbçinin meyitinin tapıldığını bildirib. Bununla da ölənlərin sayı 14 nəfərə çatıb.
Hadisə sentyabrın 24-də hərbi təlimlər zamanı hərbçilərin Xəzər dənizinə aparılması nəticəsində baş verib. İlkin məlumatlara görə, buna hava şəraitinin kəskin pisləşməsi və güclü külək səbəb olub.
Aytən Yalçınqızı

















