“Azərbaycan artıq tam müstəqildir və Ermənistandakı son seçkilər bu ölkənin müstəqilliyinin böyük uğurunu nümayiş etdirib”.
Zefer.media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib
“Ruslar Moldova, Ermənistan və Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdə təsirlərini itirirlər. Üstəlik, onlar özlərini Avropa və ABŞ tərəfindən təcrid olunmuş vəziyyətdə tapıblar. Əslində, tək qalıblar”, – deyə Ukrayna prezidenti qeyd edib.
Zelenski əlavə edib ki, azad və müstəqil Ukrayna Kreml üçün ən böyük siyasi təhlükə olaraq qalır və Kiyevin gələcəkdə Avropa Birliyinə üzvlüyü Rusiyanın öz daxilində problemlərə səbəb olacaq.
Zərintac Mayisqızı
















