• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
25.2° Weather Columbus
$
1.7
€
1.9345
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Yeniyetməlik dövründə sevgi və sərhəd: Balansı necə qorumalı?

14 İyul, 26 / 13:13
A A
Furious young mother in a discussion with her teenage daughter. Problems between generations concept

Furious young mother in a discussion with her teenage daughter. Problems between generations concept

Yeniyetməlik sadəcə bioloji bir keçid dövrü deyil, həm də fərdin cəmiyyətdə öz yerini axtarmağa başladığı ilk sosioloji sınaqdır. Bu dövrdə yeniyetmələrin ailə qaydalarına qarşı çıxması, qapalılığı və ya üsyankar davranışları çox vaxt böyüməyin təbii bir parçası kimi qəbul edilir. Bəs Azərbaycanın ənənəvi ailə modeli ilə müasir yeniyetmənin azadlıq istəyi harada toqquşur?

Məsələylə bağlı Zefer.media – ya açıqlama verən sosioloq Naib Niftəliyev yeniyetmələrin ailə daxili davranışlarını və bu davranışların arxasında yatan sosial reallıqlar haqqında danışıb :

“Yeniyetməlik dövrü bütün dövrlər içərisində böhran yaş mərhələsi kimi qəbul edilir. Bu dövrdə azadlıq, müstəqillik və özünü ifadə etmək istəyinin yüksək olması tamamilə normaldır. Ümumiyyətlə, insanın azadlığa can atması, özünü ifadə etməsi və öz ayaqları üzərində dayanmağa çalışması müsbət hal hesab olunur. Bu baxımdan yeniyetmələrin də belə istəklərə sahib olmaları və buna can atmaları təbii və arzuolunan hesab edilməlidir.

Arzuolunmayan və ya problem yaradan məqam isə bu istəyin hansı dərəcədə, hansı formada və hansı şərtlər daxilində reallaşmasına ənənəvi və müasir yanaşmalar arasında yaranan fərqlərlə bağlıdır”.

Sosioloq bildirib ki, əslində, nəsillərarası fikir ayrılığı və ziddiyyətlər tarixi xarakter daşıyan məsələlərdir:

“Bu problem hər zaman yalnız müəyyən həddə və konkret şərtlər daxilində həll olunur, nəsillər dəyişdikcə isə yeni məzmun və mahiyyət qazanır.

Bu baxımdan müasirliklə ənənəvilik və mühafizəkarlıq arasında əslində ziddiyyətdən daha çox qarşılıqlı tamamlanma mövcuddur. Ola bilər ki, yeniyetmələr yaşadıqları dövrə və mövcud şəraitə uyğun olaraq valideynlərinin görmədiyi, istəmədiyi və ya arzulamadığı müəyyən davranışları, xüsusiyyətləri və ya nümunələri qəbul edirlər. Bu da təbii olaraq fikir ayrılığı və müəyyən ziddiyyətlər yaradır. Lakin bunu ciddi böhran kimi qiymətləndirmək və yeniyetmələri ifrat azadlıq meyillərində günahlandırmaq düzgün yanaşma deyil”.

Ekspert həmçinin texnoloji təsirlər barədə də fikirlərini şərh edib :

“Texnologiyanın inkişafı insanlara daha sərbəst davranmaq, daha geniş ünsiyyət qurmaq imkanları yaradır. İnsanlar texnologiyanın təqdim etdiyi imkanlardan istifadə etməklə istədikləri məkanda ünsiyyət formalarını, sosial münasibətləri, ticarət, fəaliyyət və işgüzar əlaqələri daha sərbəst seçə bilirlər. Bu seçim təbiidir və yeniyetmələrin davranışına təsir göstərən əsas amillərdən biridir.

Burada zamanın dəyişməsi, zaman və məkan daxilində yenilənən, transformasiyaya uğrayan dəyərlər və münasibətlər sisteminin nəzərə alınması vacibdir. Bu, həm mütəxəssislərin tövsiyəsi, həm də dövrün tələblərindən irəli gələn zərurətdir”.

Sosioloqun fikrinə görə, əgər yeniyetmələrin davranışında müsbət dinamika və yenilik gözləyiriksə, tərbiyə metodları da təkmilləşməli, keyfiyyətcə yenilənməli, sosial tərbiyə prosesi isə yeni məzmun və yeni çalarlar qazanmalıdır:

“Valideynlər obyektiv və subyektiv səbəblərdən bu yeniliklərdən geri qalır, pedaqoqlar isə sürətlə inkişaf edən texnologiyalarla ayaqlaşa bilmirlərsə, bu hal yeniyetmələrin davranış mədəniyyətinə, ünsiyyətinə və fəaliyyətinə əhəmiyyətli təsir göstərir.

Yeniyetmə inkişaf edən, irəli baxan, çevik düşünən və faydalı hesab etdiyi yenilikləri daha tez mənimsəyə bilən bir yaş mərhələsindədir. Bu baxımdan onun təbii inkişaf üstünlükləri mövcuddur. Həmin üstünlüklərin müsbət istiqamətə yönəldilməsi üçün yeniyetmələrin məşğulluq səviyyəsi artırılmalıdır. Burada məşğulluq dedikdə əmək fəaliyyəti deyil, gələcək peşə seçiminə hazırlıq, şəxsiyyət keyfiyyətlərinin inkişaf etdirilməsi, sosial məsuliyyət hissinin formalaşdırılması və buna bənzər amillərin ön plana çəkilməsi nəzərdə tutulur. Başqa sözlə, sosiallaşmanın yeni məzmununa uyğun keyfiyyət və dəyərlərin aşılanması əsas məqsədlərdən biri olmalıdır.

Bu baxımdan ailənin maddi və sosial vəziyyətinin də müəyyən təsiri vardır. Maddi imkanları daha geniş olan ailələr övladlarının ehtiyaclarını daha rahat qarşılaya bilirlər. Bununla belə, düşünürəm ki, məsələ daha çox ailənin maddi vəziyyətindən deyil, mövcud minimum təminat şəraitində şəxsiyyət keyfiyyətlərinin necə formalaşdırılmasından asılıdır.

Təhsil hər kəs üçün vacibdir, keyfiyyətli təhsil isə xüsusilə maddi imkanları məhdud olan insanlar üçün daha böyük əhəmiyyət daşıyır. Çünki onların gələcəkdə sosial və iqtisadi vəziyyətlərini yaxşılaşdırmalarının əsas yollarından biri məhz aldıqları təhsildir. Digər tərəfdən, maddi imkanları geniş olan ailələr də öz övladlarına ödənişli olsa belə, keyfiyyətli təhsil verməyə çalışırlar. Bu isə müəyyən mənada cəmiyyətdə rəqabət yaradır.

Belə bir vəziyyət bir tərəfdən sosial təbəqələşməni dərinləşdirir, digər tərəfdən isə aşağı gəlirli təbəqədən orta və ya yüksək gəlirli təbəqəyə yüksəlməyi müəyyən qədər çətinləşdirir. Bununla yanaşı, bu məsələdə subyektiv amillər də hər zaman mövcuddur.

Uşaqlar bu fərqləri və ziddiyyətləri hiss edirlər. Bəzən onlar qeyri-standart, deviant davranışlar nümayiş etdirməklə bu vəziyyəti aradan qaldıracaqlarını düşünürlər. İmkanlı ailələrin övladlarının maddi resurslara çıxışı daha geniş olduğu halda, maddi imkanları məhdud olan bəzi uşaqlarda kobudluq, ümidsizlik, özünəqapanma və bəzən cinayətkar qruplara daha tez qoşulma halları müşahidə oluna bilir.

Lakin bu fərqlər nisbidir və daha çox fərdin hansı təsirlər altında formalaşmasından asılıdır. Şəxsi iradə, ailə tərbiyəsi və fərdi keyfiyyətlər bu məsələdə mühüm rol oynayır”.

Sonda N.Niftəliyev yalnız maddi imkanlara əsaslanaraq kiminsə xeyrinə və ya əleyhinə nəticə çıxarmağın doğru olmadığını vurğulayıb :

“Buna görə də yalnız maddi imkanlara əsaslanaraq kiminsə xeyrinə və ya əleyhinə nəticə çıxarmaq doğru olmaz. Sosial təbəqələşmənin müəyyən təsiri olsa da, o, öz-özlüyündə insanı nə cinayətkar, nə də uğurlu və təhsilli edir. Bu nəticələr daha çox şəxsi iradədən, fərdi keyfiyyətlərdən və cəmiyyətdə formalaşmış ümumi əxlaqi dəyərlər sistemindən asılıdır”.

Sosioloji reallıqlar yeniyetmənin ətraf mühitini və cəmiyyətdəki yerini müəyyən etsə də, bu prosesin ən böyük gərginliyi ailə daxilində, fərdi ünsiyyətdə yaşanır. Bəs bu dövrdə uşaqların psixologiyasında hansı dəyişikliklər baş verir?

Mövzunun görünməyən psixoloji tərəflərinə işıq salan psixoloq Aytən Ələkbərova , insan bioloji və sosial varlıq olduğuna görə, yeniyetmənin də bioloji və sosial inkişafı ilk növbədə valideynlə münasibətlərdə qurulan sağlam balansdan başladığını bildirib :

“Bu balansın əsas komponentlərini sevgi və sərhəd, azadlıq və məsuliyyət, nəzarət və etibar təşkil edir. Bu amillər bir-biri ilə qarşılıqlı əlaqədə və kompleks şəkildə formalaşdırılmalıdır.

İnsanın bioloji, sosioloji və psixoloji baxımdan baş verən dəyişiklikləri yeniyetməlik dövründə “mən” eqosunun daha çox ön plana çıxmasına səbəb olur. Buna görə də valideynlər bu xüsusiyyəti mütləq nəzərə almalı və ona uyğun yanaşma sərgiləməlidirlər.

İlk növbədə sevgi və qəbul olunma hissi təmin edilməlidir. Yeniyetmə hər zaman hiss etməlidir ki, olduğu kimi qəbul edilir və sevilir. Davranışlarında müəyyən səhvlər olsa belə, o bilməlidir ki, valideyni hər zaman onun yanındadır.

Digər tərəfdən, sərhədlər və qaydalar da aydın şəkildə müəyyən edilməlidir”.

Psixoloq bildirib ki, ailə qaydaları yeniyetmənin yaş xüsusiyyətlərinə uyğun və əsaslandırılmış formada tətbiq olunmalıdır ki, o, bu qayda və sərhədləri özünə qarşı təzyiq kimi qəbul etməsin.

“Eyni zamanda azadlıq və məsuliyyət arasında da düzgün tarazlıq qorunmalıdır. Yeniyetmə seçim etmək istədikdə valideyn ona müəyyən dərəcədə imkan yaratmalı, eyni zamanda etdiyi seçimlərin nəticələrinə görə məsuliyyət daşımağı da öyrətməlidir.

Bu prosesdə nəzarət və etibar da mühüm rol oynayır. Valideyn hər addımı izləmək əvəzinə, daha çox təhlükəsizlik baxımından maraqlanmalı və övladı üçün etibarlı mühit formalaşdırmalıdır. Belə bir mühit yeniyetmənin özünü daha rahat hiss etməsinə şərait yaradır.

Bununla yanaşı, valideyn yalnız məsləhət verən şəxs kimi deyil, həm də dinləməyi bacaran bir dəstəkçi olmalıdır. Yeniyetmə hiss etməlidir ki, onu rahat şəkildə dinləyən və düzgün istiqamətləndirən bir valideyni var”.

Yekunda A.Ələkbərova psixoloji baxımdan yeniyetməni tam nəzarət altında saxlamaq mümkün olmadığından, valideynin onu dinləməklə, anlayış göstərməklə və düzgün istiqamətləndirməklə müstəqil, məsuliyyətli və özünə güvənən bir şəxs kimi formalaşmasına dəstək verməyinin vacibliyini vurğulayıb.

Pərvin Hacıyeva

Bənzər Xəbərlər

Manşet

Əli Əsədov daha bir qərar imzaladı

İyul 24, 2026
Cəmiyyət

İyulun bütün sosial ödənişləri yekunlaşdırıldı

İyul 24, 2026
Cəmiyyət

8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 2 nəfər vəzifədən azad edilib

İyul 24, 2026
Gündəm

Zefer.media İnformasiya Portalının könüllüləri Milli Mətbuat Günü münasibətilə təltif olunublar

İyul 24, 2026
Siyasət

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

İyul 24, 2026
Cəmiyyət

“XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi başlayır  

İyul 24, 2026

XƏBƏR LENTİ

Əraqçı Trampın İran aktivləri ilə bağlı qərarını sərt tənqid etdi

24 İyul, 26 / 20:12

“Qarabağ”ın oyunu bu hakimlərə tapşırıldı

24 İyul, 26 / 18:26

İspaniyada böyük meşə yanğınları

24 İyul, 26 / 18:22

Ağdamda keçmiş təmas xəttində yanğın davam edir

24 İyul, 26 / 18:20

Aİ İrana yeni sanksiyalar tətbiq edib

24 İyul, 26 / 18:19

“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb

24 İyul, 26 / 18:15

“İran xalqı ABŞ ilə danışıqlara nifrət edir”

24 İyul, 26 / 18:15

Rusiya XİN rəhbəri İrana səfər edəcək

24 İyul, 26 / 18:12

Qazaxıstan və Özbəkistan turizm şirkətlərinin Azərbaycana tanışlıq səfəri təşkil olunub

24 İyul, 26 / 18:10

SEPAH region ölkələrinin əhalisinə çağırış edib: “ABŞ bazalarından uzaq durun”

24 İyul, 26 / 16:59

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.