• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
18.5° Weather Columbus
$
1.7
€
1.9877
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Yeni müttəfiqlik mərhələsi: Azərbaycan və Qırğızıstanı hansı imkanlar gözləyir? – ŞƏRH

31 İyul, 26 / 15:31
A A

“Azərbaycan-Qırğızıstan münasibətləri müstəqillik dövründə yeni dövrün tələb və çağırışlarına uyğun olaraq intensiv dinamika ilə inkişaf edib”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

Deputat bildirib ki, min illər ərzində bu iki xalq arasında qohum-qardaş münasibətləri mövcud olub.

“Ölkələrimiz arasında diplomatik münasibətlər qurulduqdan və səfirliklər fəaliyyətə başladıqdan sonra 1997-ci ildə “Dostluq və əməkdaşlıq haqqında” müqavilə imzalanıb. Sonrakı illərdə imzalanmış “Strateji tərəfdaşlıq haqqında Bəyannamə” bu münasibətləri mahiyyət və keyfiyyət etibarilə daha yüksək mərhələyə qaldırıb. Bu gün iki ölkənin prezidentləri tərəfindən imzalanan “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” isə dövlətlərarası münasibətlərin ən yüksək səviyyəsini təsbit edir.

Müttəfiqlik artıq bir ittifaq çərçivəsində birgə siyasət yürüdülməsini nəzərdə tutur. Ona görə də bu gün imzalanmış Müqaviləni iki ölkə arasında münasibətlərin inkişafında tarixi hadisə hesab etmək olar. Bu, şübhəsiz ki, qarşılıqlı münasibətlərimizdə yeni bir mərhələnin başlanğıcıdır”, – deyə deputat qeyd edib.

Cavanşir Feyziyev

C.Feyziyevin sözlərinə görə, müttəfiqlik münasibətləri siyasi və diplomatik fəaliyyətdə uzlaşdırılmış ortaq mövqedən çıxış etməyi nəzərdə tutur.

“Müttəfiqlik ikitərəfli münasibətlərdə ortaq maraqların təmin edilməsini, beynəlxalq təşkilatlar çərçivəsində vahid siyasi platformadan çıxış edilməsini, dünyada və regionda baş verən hadisələrə ortaq siyasi və diplomatik yanaşmanın formalaşdırılmasını ehtiva edir. Eyni zamanda, iqtisadi-ticari münasibətlərdə qarşılıqlı preferensiyaların təmin edilməsi, hərbi-texniki əməkdaşlığın gücləndirilməsi və hansısa mərhələdə vahid iqtisadi, mədəni və sosial məkanın formalaşdırılması müttəfiqliyin əsas atributlarıdır”, – o bildirib.

Deputat qeyd edib ki, Azərbaycan və Qırğızıstan zəngin təbii ehtiyatlara malik ölkələrdir.

“Sovet dönəmində həddindən artıq mərkəzləşdirilmiş idarəetmə bu potensialdan xalqlarımızın maraqlarına uyğun istifadə edilməsinə imkan verməyib. İndi isə müttəfiqlik münasibətləri çərçivəsində qarşılıqlı investisiyaların qoyulması, birgə müəssisələrin yaradılması yolu ilə hər iki ölkənin iqtisadi inkişafını dəstəkləyən layihələrin həyata keçirilməsi mümkündür.

Bunun üçün kifayət qədər geniş fəaliyyat sahələri var. Məsələn, Qırğızıstanda turizmin inkişafı, hidroresursların idarə edilməsi, bərpaolunan enerji istehsalı, eləcə də qiymətli və əlvan metallar sənayesinin inkişafı üçün kifayət qədər xammal ehtiyatları və potensial mövcuddur.

Orta Dəhliz layihəsi çərçivəsində ölkələrimiz arasında tranzit-nəqliyyat kommunikasiyalarının genişləndirilməsi və inkişaf etdirilməsi nəinki mümkündür, həm də zəruridir. Bu və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin reallaşdırılmasına və daha da dolğunlaşdırılmasına xidmət edə bilər”, – C.Feyziyev vurğulayıb.

Milli Məclisin deputatı Azərbaycan və Qırğızıstanın Türk Dövlətləri Təşkilatının təsisçi üzvləri olduğunu da diqqətə çatdırıb.

“İki ölkə arasında münasibətlərin daha sürətli inkişafı bütövlükdə Türk Dövlətləri Təşkilatının inkişafını da sürətləndirir və onun mahiyyətini zənginləşdirir. Bu münasibətlər eyni zamanda təşkilatın digər üzvlərini də daha sıx əməkdaşlığa sövq edir və TDT-nin gələcəyini daha yüksək müttəfiqlik mərhələsinə daşıyır.

Azərbaycan-Türkiyə müttəfiqliyi örnəyində Qırğızıstanla və Mərkəzi Asiyanın digər türk dövlətləri ilə münasibətlərimizin inkişaf etdirilməsi Böyük Turan ideyasının gerçəkləşməsini yaxınlaşdıran tarixi hadisələrdir”, – deyə deputat əlavə edib.

Xatırladaq ki, bu gün – 31 iyulda Çolpon-Ata şəhərində Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında imzalanmış sənədlərin iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə mübadiləsi mərasimi olub.

Dövlət başçıları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”nı və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıblar.

Bənzər Xəbərlər

Gündəm

Azərbaycan-Özbəkistan müttəfiqliyi türk birliyini gücləndirən əsas amillərdəndir

Avqust 23, 2026
Gündəm

Vaşinqtonda “Tənhalığın Sədaları” adlı möhtəşəm rəsm sərgisi keçirilib – FOTOLAR 

Avqust 23, 2026
Gündəm

Ağcabədidəki su narazılığı HƏLLİNİ TAPDI: "ADSEA" - nin operativliyi sayəsində yonca sahəsi suvarıldı – TƏFƏRRÜAT / AKT 

Avqust 21, 2026
Gündəm

TƏBİB tərəfindən immunizasiya tədbirləri davam etdirilir

Avqust 21, 2026
Gündəm

Bakıda Belçikanın müstəmləkəçilik cinayətlərinə görə üzr və kompensasiya tələb edilib

Avqust 21, 2026
Gündəm

Euronews: Qarabağda bərpadan iqtisadi inkişafa keçid başlayıb

Avqust 21, 2026

XƏBƏR LENTİ

Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub – FOTOLAR

23 Avqust, 26 / 15:16

Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar

23 Avqust, 26 / 15:12

İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib

23 Avqust, 26 / 15:12

İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib

23 Avqust, 26 / 15:08

Azərbaycan-Özbəkistan müttəfiqliyi türk birliyini gücləndirən əsas amillərdəndir

23 Avqust, 26 / 11:30

Vaşinqtonda “Tənhalığın Sədaları” adlı möhtəşəm rəsm sərgisi keçirilib – FOTOLAR 

23 Avqust, 26 / 10:58

Ağcabədidəki su narazılığı HƏLLİNİ TAPDI: "ADSEA" - nin operativliyi sayəsində yonca sahəsi suvarıldı – TƏFƏRRÜAT / AKT 

21 Avqust, 26 / 19:50

Azərbaycan və Özbəkistan müdafiə nazirlikləri arasında ideoloji iş və psixoloji xidmət sahələrində təcrübə mübadiləsi üzrə işçi görüşü keçirilib

21 Avqust, 26 / 19:37

TƏBİB tərəfindən immunizasiya tədbirləri davam etdirilir

21 Avqust, 26 / 19:23

KXDR Rusiyaya daha 8 500 hərbçi göndərib, onların arasında 400-ə yaxın PUA operatoru var

21 Avqust, 26 / 19:10

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.