Yaxın Şərqdəki münaqişə qlobal logistika və sənayeyə ciddi ziyan vurur.
Zefer.media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Sənayeçi və Sahibkarlar İttifaqı Konqresinin plenar iclasında bildirib.
“Yaxın Şərqdəki silahlı münaqişə beynəlxalq logistika, istehsal və əməkdaşlıq zəncirlərinə ciddi ziyan vurur. Yaxın Şərqdəki münaqişənin nəticələrini koronavirusla müqayisə etmək olar. Düzdür, artıq onların (Yaxın Şərqdəki hadisələrin – red.) koronavirus epidemiyası ilə müqayisə edilə biləcəyinə dair qiymətləndirmələr var”, – deyə Putin qeyd edib.
Onun sözlərinə görə, qlobal ticarət və investisiyalarda şoklar getdikcə daha tez-tez baş verir və yeni bir reallığa çevrilir.
Rusiya prezidenti qlobal bazarlardakı vəziyyətdə ehtiyatlı olmağa çağırıb.

















